...

Azərbaycanda elektron hökumət portalına yeni xidmətlər daxil edilib

Telekommunikasiya Materials 8 Yanvar 2014 14:42 (UTC +04:00)
Səhiyyə Nazirliyi "Elektron hökumət" portalına (ehdis.az) 6 yeni elektron xidmət inteqrasiya edib.
Azərbaycanda elektron hökumət portalına yeni xidmətlər daxil edilib

Azərbaycan, Bakı, 8 yanvar/Trend, müxbir H. Vəliyev/

Səhiyyə Nazirliyi "Elektron hökumət" portalına (ehdis.az) 6 yeni elektron xidmət inteqrasiya edib. Bu barədə Trend çərşənbə günü ehdis.az saytına istinadən məlumat verir.

Məlumata görə, portalda təqdim edilən yeni elektron xidmətlər aşağıdakılardır: tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu, qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu, prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu, dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu, dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu, daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

Hazırda "Elektron hökumət" portalında səhiyyə sahəsinə aid 30 xidmət var.

Portala 45 dövlət qurumu qoşulub və 270-dən çox elektron xidmət inteqrasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti