...

Azərbaycanın mobil operatorları mobil nömrələrin daşınması xidmətini işə salıb

Telekommunikasiya Materials 1 Fevral 2014 12:21 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" ("Azerfon") mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) işə salıb.
Azərbaycanın mobil operatorları mobil nömrələrin daşınması xidmətini işə salıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" ("Azerfon") mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) işə salıb.

Trend-in məlumatına görə, hazırda digər operatorların abonentləri SİM-kart və şəxsiyyət vəsiqəsini təqdim edərək abunə xidmətləri ofislərinə müraciət edə bilərlər.

Xidmət fevralın 3-dən "Bakcell"in servis mərkəzlərində də işə salınacaq.

Operatorun şəbəkəsinə miqrasiya edilən zaman SİM-kart dəyişdirilməlidir.

"Bakcell", "Azercell" və "Azerfon" mərkəzlərində kartların dəyişdirilməsi pulsuz həyata keçirilir.

"Azerfon"dan bildiriblər ki, operator şəbəkəsinə miqrasiya edən abonentlər balanslarına 3 manatlıq danışıq müddəti və hər ay 30 dəqiqə alacaqlar.

Qeyd edək ki, digər operatorların şəbəkələrinə miqrasiya zamanı SİM-kartın əvəz edilməsi tələb olunur. Bir şəbəkədən digərinə miqrasiya müddəti 6 gün təşkil edəcək. Xidmət data-kartlarda istifadə edilən SİM-kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefikslə (050, 051, 055, 070 və 077) birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti