...

Azərbaycan mobil operatoru beynəlxalq zənglərə vahid tarif təqdim edib

Telekommunikasiya Materials 3 Fevral 2014 13:57 (UTC +04:00)
"Nar Mobile" öz abunəçilərinə eyni qiymətə beynəlxalq zənglər etmək imkanı təklif edir.
Azərbaycan mobil operatoru beynəlxalq zənglərə vahid tarif təqdim edib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"Nar Mobile" öz abunəçilərinə eyni qiymətə beynəlxalq zənglər etmək imkanı təklif edir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumat görə, mobil operator xatırladır ki, "Nar Mobile" abunəçiləri MDB, Avropa, ABŞ və dünyanın digər ölkələrinə 1 dəqiqəsi üçün cəmi 32 qəpik ödəyərək zəng edə bilərlər.

Bundan əlavə, şənbə və bazar, aşağıda sadalanan günlər və qeyri-pik saatlarda (00:00:00 - 07:59:59) beynəlxalq zəngin 1 dəqiqəsi cəmi 24 qəpikdir:

• 1-2 yanvar - Yeni il
• 20 yanvar - Milli Matəm Günü
• 8 mart - Beynəlxalq Qadınlar Günü
• 20-24 mart - Novruz bayramı
• 9 may - Qələbə Günü
• 28 may - Respublika Günü
• 15 iyun - Milli Qurtuluş Günü
• 26 iyun - Silahlı Qüvvələr Günü
• 28-29 iyul - Ramazan bayramı (Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir)
• 4-5 oktyabr - Qurban bayramı (Hicri təqvimindən asılı olaraq hər il tarixləri dəyişir)
• 9 noyabr - Dövlət Bayrağı Günü
• 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti