...

Azərbaycan informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Telekommunikasiya Materials 3 Fevral 2014 17:20 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir.
Azərbaycan informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir. Trend xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumatda deyilir.

Məlumata görə, Mərkəz yanvarın 27-28-də Təl-Əvivdə informasiya təhlükəsizliyi sahəsində "CYBERTECH-2014" sərgi-konfransı çərçivəsində aparıcı müəssisələrin rəhbərləri ilə bir sıra görüşlər keçirib.

Görüşlər çərçivəsində kibermüdafiənin təminatı sahəsində əməkdaşlığın perspektivləri və Mərkəzin qarşısında duran planlar müzakirə olunub.

Məlumatda deyildiyi kimi, Azərbaycan kibercinayətkarlıqla mübarizə və informasiya təhlükəsizliyi sahəsində İsrailin təcrübəsini tətbiq etməyə hazır olduğunu ifadə edib. İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan və İsrailin əməkdaşlığının əsas istiqamətlərindən biridir.

"CYBERTECH-2014" bu sahədə problemlərin həllində ideyaların, təcrübələrin və vərdişlərin mübadiləsi sahəsində informasiya təhlükəsizliyi sənayesinin 450-yə yaxın aparıcı nümayəndəsini birləşdirir.

"CYBERTECH-2014" sərgisinin açılışı zamanı Beyer-Şevedə (İsrail) "Cyber Spark" Kibertəhlükəsizlik Mərkəzinin yaradıldığı elan edilib. Dünyada analoqu olmayan layihə informasiya təhlükəsizliyi sahəsində lider mövqeyə nail olmağı öz qarşısına məqsəd qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti