...

"Utra" şirkəti 3M korporasiyasının distribüterlik statusunu alıb

Telekommunikasiya Materials 17 Fevral 2014 17:47 (UTC +04:00)
Azərbaycanın informasiya texnologiyaları (İT) bazarında liderlik mövqeyini daim yeniliklərlə qoruyub saxlayan "Ultra" şirkəti daha bir tərəfdaşlıq statusu alıb.
"Utra" şirkəti 3M korporasiyasının distribüterlik statusunu alıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycanın informasiya texnologiyaları (İT) bazarında liderlik mövqeyini daim yeniliklərlə qoruyub saxlayan "Ultra" şirkəti daha bir tərəfdaşlıq statusu alıb. Şirkət 3M korporasiyasının "3M Təhlükəsizlik" sahəsinin Azərbaycan üzrə distribüterlik statusunu qazanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 3M innovasiyalı məhsul və xidmətlərlə müştərilərə xidmət edən çoxşaxəli texnologiya şirkətidir. Qlobal bazarda fəaliyyətdə olan əsas 6 istiqamətdən ibarət bir şirkətdir.

Elmi tədqiqatlarda tanınmış lider 3M müxtəlif bazarların çoxluğu üçün minlərlə innovasiyalı məhsulu istehsal edir. Satışda ilə 24 milyard dollar dövriyyəsi olan 3M 75 min əməkdaşı ilə 60-dan çox ölkədə əməliyyatlar keçirir.

3M dünyada aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

• İstehlakçı və ofis
• Displey və qrafikalar
• Elektrik və kommunikasiyalar
• Səhiyyə
• Sənayə və daşınma
• Təhlükəsizlik və müdafiə xidmətləri

Qeyd edək ki, "Ultra" artıq bir neçə ildir ki, 3M ilə əməkdaşlıq edir və ən son iri layihələrində 3M məhsullarından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti