...

Azərbaycanın mobil operatorunun ölkənin İKT sahəsinə investisiyalarının həcmi açıqlanıb

Telekommunikasiya Materials 27 Fevral 2014 12:01 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Azercell Telekom" şirkəti 2013-cü ilin yekunlarına görə ölkənin telekommunikasiya sektorunun inkişafına 84,5 milyon manat investisiya qoyub.
Azərbaycanın mobil operatorunun ölkənin İKT sahəsinə investisiyalarının həcmi açıqlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil operatoru "Azercell Telekom" şirkəti 2013-cü ilin yekunlarına görə ölkənin telekommunikasiya sektorunun inkişafına 84,5 milyon manat investisiya qoyub. Bu rəqəm 2012-ci ilin yekunları üzrə 133,14 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Kirill Qaburiç cümə axşamı operatorun ötən ilin yekunları üzrə fəaliyyətinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində şirkətin ölkə iqtisadiyyatına yatırımlarının ümumi həcmi bir milyard manat təşkil edib.

2013-cü ildə şirkət Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 111 milyon manat ödəyib. Ölkədə fəaliyyət göstərdiyi bütün dövr ərzində şirkətin vergi ayırmaları bir milyard manata yaxın olub.

Ötən il "Azercell Telekom" bütün respublika ərazisində keyfiyyətli səs və internet rabitəsini təmin edən 1200 yeni baza stansiyası quraşdırıb. Qaburiç deyib ki, 2013-cü ilin sonunda şirkətin baza stansiyalarının ümumi sayı 5500 ədəd olub.

Bakıda və Abşeron yarımadasında baza stansiyalarının ümumi sayından 260-dan çoxu 4G şəbəkəsini dəstəkləyir, CSFB həlləri vasitəsi ilə yüksək sürətli interneti və səs rabitəsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti