...

TASIM layihəsi iştirakçılarının növbəti görüşü Qəbələdə keçiriləcək

Telekommunikasiya Materials 18 İyun 2014 13:35 (UTC +04:00)
Transmilli Avrasiya Superinformasiya magistralının tikintisi (TASIM) layihəsi iştirakçılarının dördüncü görüşünün iyunun 11-də Qəbələdə keçirilməsi planlaşdırılıb.
TASIM layihəsi iştirakçılarının növbəti görüşü Qəbələdə keçiriləcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Transmilli Avrasiya Superinformasiya magistralının tikintisi (TASIM) layihəsi iştirakçılarının dördüncü görüşünün iyunun 11-də Qəbələdə keçirilməsi planlaşdırılıb. Bu barədə çərşənbə günü Trend-ə TASIM layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənov bildirib.

Onun sözlərinə görə, görüş çərçivəsində kabel magistralının tikintisi layihəsinin reallaşdırılması üzrə prinsipial sazişin bəzi aspektləri, o cümlədən layihənin biznes modeli, trafikin idarə olunması, investisiyalar və gəlirlərin bölüşdürülməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Həsənov bildirib: "Layihə iştirakçıları TASIM layihəsinin əsas tərkib hissəsi olan kabel magistralının Xəzər seqmentinin çəkilişi məsələsini müzakirə edəcəklər. Gündəliyə layihənin iqtisadi tərəfləri, eləcə də kabel magistralının çəkilişi zamanı istifadə olunacaq texnoloji və texniki parametrləri və s. daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti