...

"Nar Mobile" elektron imza xidmətini işə salıb

Telekommunikasiya Materials 19 İyun 2014 16:39 (UTC +04:00)
"Nar Mobile" mobil rabitə operatoru "Asan İmza" mobil elektron imza xidmətini işə salıb.
"Nar Mobile" elektron imza xidmətini işə salıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

"Nar Mobile" mobil rabitə operatoru "Asan İmza" mobil elektron imza xidmətini işə salıb.

Qeyd edək ki, "Asan İmza" elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. "Asan İmza" mobil elektron imza texnologiyasının açar üstünlükləri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar Mobile" mobil operatoru daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərəçarpan müştəri qayğısı ilə abunəçilərinin ehtiyaclarını ödəmək siyasətinə sadiq qalır.

"Asan İmza" haqqında əlavə məlumatı www.asanimza.az saytında əldə etmək mümkündür.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti