Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın mobil rabitə operatorlarının LTE (Long Term Evolution) şəbəkəsi mobil televiziya xidmətlərinin göstərilməsi üçün platforma rolunda çıxış edəcək. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mobil televiziyanın inkişafında əhəmiyyətli artım 2015-ci ildə gözlənilir və mobil rabitə operatorları artıq son istifadəçinin qurğularına TV kontentinin çatdırılması üçün texnologiyaların axtarışı ilə məşğuldurlar.
İlin sonuna kimi meydana çıxacağı gözlənilən mobil televiziyanını brendlərindən biri "NarTV" layihəsidir. Layihə "B&BTV Communications" kabel operatoru və Azərbaycanın "Azerfon" MMC mobil operatoru tərəfindən həyata keçirilir.
Xidmət "Optika evə" prinsipi üzrə genişzolaqlı xidmətlərin göstərilməsini nəzərdə tutan "NarHome" məhsulu əsasında irəliləyəcək. İlkin mərhələdə layihə Bakıda başlayır, amma sonrakı mərhələlərdə Azərbaycanın bütün regionlarına yayılacaq.