...

ULTRA şirkəti ECSA sertifikatına layiq görülüb

Telekommunikasiya Materials 8 Sentyabr 2014 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

ULTRA şirkəti şəbəkələrin, veb resursların, əməliyyat sistemlərinin yüksək təhlükəsizlik səviyyəsini, həmçinin haker hücumlarının aşkarlanması və onlara qarşı mübarizə sahəsində peşəkarlığı təsdiq edən "EC-Council Certified Security Analyst (ECSA)" sertifikatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumatına görə, bütün dünyada kiber hücumların sayının artması ilə əlaqədar olaraq, informasiya texnologiyaları üzrə mütəxəssislərə olan tələbat yüksəlir. Bu faktı nəzərə alan ULTRA şirkəti kibercinayətkarlığa qarşı növbəti addım atıb. Bununla da Azərbaycanda ilk dəfə olaraq sayt və portalların haker hücumlarından mühafizəsi ilə bağlı sertifikatlaşdırılmış xidmətlər göstəriləcək.

Qeyd edək ki, indiyədək ölkəmizdə bu məsələlərlə əlaqədar olaraq sertifikatlaşdırma alətləri mövcud olsa da, "EC-Council Security Analyst" bu sahədə ən yaxşı alət hesab olunur. ESCA sertifikatlaşdırması ilə bağlı əsas meyarlara daxildir:

- 44 domen standartı üzrə yoxlama;

- Mobil və bulud texnologiyalarından, həmçinin virtual maşınlardan istifadə zamanı informasiya təhlükəsizliyi məsələlərinin reallaşdırılmasının yoxlanması;

- "Nice's Protect and Defend", "Operate and Collect", "Analyze Speciality Area Category" əhatə edir;

- ABŞ-ın "National Information Assurance Training and Education Center" konsorsiumunun standartlarına uyğunluq dərəcəsi.

"Commerce Consultants" (EC-Council) üzrə beynəlxalq şura kibertəhlükəsizlik və elektron kommersiya sahələri üzrə mütəxəssislərin sertifikatlaşdırılması ilə məşğul olan təşkilatın təsis üzvüdür. Şura 16 sertifikatlaşdırılmış təhlükəsizlik proqramı, o cümlədən, "Ethical Hacker (CEH)", "Computer Hacking Forensics Investigator (CHFI) and EC-Council Certified Security Analyst (ECSA)/License Penetration Tester (LPT)" proqramlarının yaradıcısı və sahibidir. Sertifikatlaşdırma proqramları dünyanın 60-dan çox ölkəsində təklif olunur. "EC-Council" indiyədək 80 mindən çox sertifikatlaşdırılmış mütəxəssis hazırlayıb. "EC-Council" sertifikatları bütün dünyada qəbul edilib və müxtəlif dövlət qurumlarının, o cümlədən, "Montgomery GI Bill" vasitəsilə ABŞ-ın federal höküməti, 8570,01-М vasitəsilə Müdafiə Nazirliyi, ABŞ Milli Təhlükəsizlik Agentliyi və Milli Təhlükəsizlik üzrə Komitəsinin tərifinə layiq görülüb.

Onu da əlavə edək ki, ECSA sertifikatı ABŞ-ın "Information Systems Security Officers (CNSS - 4014)" və "National Training Standard for System (NSTISSI - 4015)" standartlarının tələblərinə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti