...

Futbol üzrə Azərbaycan yığmasının "fan-shop"u açıldı

Telekommunikasiya Materials 11 Sentyabr 2014 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyi ilə "Park Bulvar" alış-veriş mərkəzində Azərbaycan milli komandasının "fan-shop"unun açılış mərasimi keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, açılış mərasimində, həmçinin üzərində Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın (SSRİ yığmasının "replica" maykası) təqdimatı və satışı təşkil olunub.

Açılış mərasimində AFFA rəhbərliyi, "Bakcell" şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib: "Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti