...

Azərbaycanda verilmiş elektron imzaların sayı artıb

Telekommunikasiya Materials 2 Oktyabr 2014 20:09 (UTC +04:00)
2014-cü ilin avqustunda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 6,7 faiz artaraq oktyabrın 1-nə 24 386 ədəd təşkil edib.
Azərbaycanda verilmiş elektron imzaların sayı artıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin avqustunda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 6,7 faiz artaraq oktyabrın 1-nə 24 386 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 15 310 ədəd düşüb, 3 583 ədəd hüquqi şəxslərə, 5 493 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 446 ədəd təşkil edir və portalda 291 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 478 ədəd təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti