...

Kənd Təsərrüfatı Nazirliyi maddi yardımlar və elektron kənd təsərrüfatı siyasəti üzrə informasiya sistemi yaradır

Telekommunikasiya Materials 4 Oktyabr 2014 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi maddi yardımlar və elektron kənd təsərrüfatı siyasəti üzrə informasiya sisteminin yaradılmasına dair tender elan edib. Trend xəbər verir ki, bu barədə Nazirliyin Tender komissiyasının məlumatında deyilir.

Tender GIS sisteminin proqram təminatının hazırlanması, tətbiqi və idarə edilməsini, idarəetmə və nəzarət prinsiplərinə əsaslanan sistemlərin yaradılmasını və informasiya bazasına inteqrasiyasını nəzərdə tutur.

Tenderdə iştirakın dəyəri 500 manat təşkil edir. Tender təklifləri 3 dekabr saat 16:00-dək qəbul edilir.

İştirakçıların təkliflərinin açılışı elə həmin gün saat 17:00-da baş tutacaq.

Əlavə məlumatı aşağıdakı telefonla almaq mümkündür: +99412 498-64-49.

Əlaqələndirici şəxs: Qabil Hüseynov.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti