...

"Nar Mobile" ilə "Asan İmza" xidməti artıq bölgələrdə

Telekommunikasiya Materials 8 Oktyabr 2014 16:43 (UTC +04:00)
Abunəçilər artıq Azərbaycanın müxtəlif bölgələrində “Asan İmza” mobil elektron imza xidmətinə qoşula bilirlər
"Nar Mobile" ilə "Asan İmza" xidməti artıq bölgələrdə

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"Nar Mobile" mobil operatoru göstərdiyi "Asan İmza" mobil elektron imza xidmətinin coğrafiyasını daha da genişləndirdi.

Belə ki, abunəçilər artıq Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli, Ağcabədi, Kürdəmir, Lənkəran, Masallı, Zaqatala, Tovuz, Cəlilabad və Şamaxıda, eləcə də Bakı şəhəri, Şərifzadə küçəsi, 39 ünvanda yerləşən "ASAN Xidmət-3" mərkəzində də "Asan İmza" xidmətinə qoşula bilirlər.

Qeyd edək ki, "Asan İmza" elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. "Asan imza" mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti