...

"Azercell" məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir

Telekommunikasiya Materials 22 Oktyabr 2014 16:17 (UTC +04:00)
Ölkənin mobil rabitə bazarının lider operatoru "Azercell Telekom" yarandığı gündən etibarən biznes etikanın və korporativ davranışın nümunəvi modelini nümayiş etdirib.
"Azercell" məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Ölkənin mobil rabitə bazarının lider operatoru "Azercell Telekom" yarandığı gündən etibarən biznes etikanın və korporativ davranışın nümunəvi modelini nümayiş etdirib. Avropanın telekommunikasiya nəhəngi olan "TeliaSonera" qrupunun bir hissəsi olaraq, şirkət nümunəvi etik biznes davranışları modelini tətbiq edərək sektordakı liderliyini bir daha sübut etmiş olur. Sərmayədarları, sahibləri, müştəriləri, tərəfdaşları və əməkdaşları ilə birgə "Azercell" dayanıqlı və şəffaf biznes fəaliyyəti üzrə TeliaSonera-nın təşəbbüsünə qoşulub.

Azercell tərəfindən atılan bu yenilikçi addım yanlışlıq və narahatlıqları aşkarlamaq üçün təhlükəsiz və maneəsiz bir üsul təqdim edərək, bununla əməkdaşlar və tərəfdaşlar üçün daha sağlam iş şəraitini təmin etmək üçün araşdırmalara şərait yaradır.

TeliaSonera-nın qlobal səviyyədə təqdim etdiyi "Speak-Up Line" məlumatlandırma xətti artıq Azercell-in rəsmi səhifəsi daxilində fəaliyyət göstərməkdədir ki, onun vasitəsilə də istənilən əməkdaş və yaxud şirkətlə əməkdaşlıq edən tərəfdaş biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini 24/7 şəkildə çatdıra bilər. "Speak-Up Line" bildiriş vasitəsi şikayətlər, suallar və məlumat verənlərin anonim qalmasına imkan yaradır. Müraciət edən şəxs adını qeyd etməyə məcbur deyil və onun təqdim etdiyi məlumatın kim tərəfindən göndərilməsini müəyyənləşdirilmək mümkün deyil.

"Speak-Up Line" bildiriş xətti korrupsiya ilə mübarizə, tenderlər, yoxlamaların düzgün aparılmaması, şirkətin etik davranış qaydalarının pozulması, qanun və qaydalara uyğunluq, maraqların toqquşması, rüşvətxorluq, ayrı-seçkilik və cinsi təzyiq kimi istənilən şikayət üçün yaradılıb. Məlumatı təqdim edən şəxs unikal istifadəçi şifrəsi ilə təmin ediləcək. O, 7 gündən sonra təqdim etdiyi məlumatla əlaqədar aparılan araşdırmaya uyğun göndərilən cavabı yoxlamalıdır.

TeliaSonera və Azercell-in idarə heyəti bütün işçilərdən və strateji tərəfdaşlardan qanun və etik davranış standartlarına, habelə daxili siyasət və prosedurlara uyğun olaraq etik davranışlarla əlaqədar narahatlıqları haqda məlumat vermələrini və bununla məsuliyyətli biznes fəaliyyətinə öz töhfələrini gətirmələrini gözləyir.

Beləliklə, TeliaSonera şirkətlər qrupunun təşəbbüsü ilə Azercell-in təqdim etdiyi yeni "Speak-Up Line" məlumatlandırma vasitəsi ölkənin aparıcı mobil operatoru tərəfindən şəffaf etik biznes davranışının və ən yüksək etik standartlara riayət etmənin bariz nümunəsidir.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti