...

AYİB: Azərbaycanın sayəsində Qafqazda İKT-nin keyfiyyəti yaxşılaşır

Telekommunikasiya Materials 19 Noyabr 2014 19:58 (UTC +04:00)
Azərbaycanda İKT sahəsində reallaşdırılan layihələr bütün Qafqazda telekommunikasiyaların keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
AYİB: Azərbaycanın sayəsində Qafqazda İKT-nin keyfiyyəti yaxşılaşır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda İKT sahəsində reallaşdırılan layihələr bütün Qafqazda telekommunikasiyaların keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Trend-in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçid prosesi haqqında məruzəsində (Transition Report 2014) deyilir.

Qeyd olunur ki, Azərbaycanda 2010-cu ilədək əsasən infrastrukturun yaxşılaşdırılmasına diqqət ayrılırdı: "Nəticədə kommunikasiya şəbəkələri tam rəqəmsal formata keçirildi və xarici internet kanallarının buraxılış qabiliyyəti artdı. Telekommunikasiya bazarının liberallaşdırılması özəl sektor üçün imkanlar açdı ki, bu da öz növbəsində, internetə limitsiz genişzolaqlı çıxış tariflərini azaltdı".

Məruzədə xüsusilə vurğulanıb ki, Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib: "2011-ci ildə elektron hökumət portalı işə salındı. 2009-2011-ci illərdə İKT sektoruna yatırılmış dövlət və özəl sərmayələrin həcmi iki dəfədən çox artdı".

Məruzədə o deyilir ki, bu ilin iyul ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 31 "startup"a qrantlar təqdim edib: "2013-cü ildə Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradıldı, həmçinin "Azerspace-1" telekommunikasiya peykinin orbitə buraxılması baş tutdu. Bütün bunlar Qafqaz üzrə telekommunikasiyaların keyfiyyətinin yaxşılaşmasına və Azərbaycanın kosmik sənayesinin inkişafına xidmət edir. Son 10 ildə Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 25-30 faiz olub. Nəticədə bu sahəyə neft sənayesindən sonra ən çox xarici sərmayə yatırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti