...

"Telia Sonera" Azərbaycanda mobil internetin inkişafına investisiya yatıracaq

Telekommunikasiya Materials 2 Dekabr 2014 17:03 (UTC +04:00)
"Telia Sonera" şirkəti Azərbaycanın telekommunikasiya bazarına investisiya yatırmağa davam edəcək.
"Telia Sonera" Azərbaycanda mobil internetin inkişafına investisiya yatıracaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Telia Sonera" şirkəti Azərbaycanın telekommunikasiya bazarına investisiya yatırmağa davam edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə "TeliaSonera Eurasia" şirkətinin vitse-prezidenti Erik Holberq deyib.

Onun sözlərinə görə, şirkətin əsas investisiyaları ölkədə mobil internetin inkişafının payına düşəcək. Bununla belə, şəbəkənin əhatə dairəsinin genişlənməsinə və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına əsas yer veriləcək.

"Azercell Telecom" şirkətinin prezidenti Kiril Qaburiç qeyd edib ki, ümumilikdə "Azercell Telecom"un fəaliyyətə başlamasından şirkətin investisiyalarının həcmi 1 milyard manatı ötüb.

Onun sözlərinə görə, şirkət ötən il 3G standartını dəstəkləyən stansiyaların sayını ikiqat artırıb. Bundan başqa, "Azercell Telecom" abonentlərə 3-cü nəsil şəbəkə vasitəsilə göstərilən xidmətlərin sayını genişləndirib.

LTE (Long Term Evolution) şəbəkəsinin inkişafına gəlincə, K.Qaburiç əlavə edib ki, şirkət bu il ərzində Bakı və Abşeron yarımadasını 4-cü nəsil şəbəkə ilə əhatə etməyi bacardı: "Şirkət gələn il bölgələrdə LTE şəbəkəsini genişləndirməyi planlaşdırır. 4G şəbəkəsini dəstəkləyən qurğuların çatışmazlığına baxmayaraq, biz onun genişlənməsini qarşısını almaq niyyətində deyilik və bölgələrə çıxacağıq. Bu və ya digər bölgənin seçilməsi əhalinin məlumatların yüksəksürətli ötürülməsinə olan tələbatından asılıdır. Gələn il üçün şirkətin planlarına ölkənin daha 5 cənub rayonunun LTE şəbəkəsi ilə əhatə olunması daxildir. Bundan başqa, biz Naxçıvan Muxtar Respublikasının 4-cü nəsil şəbəkəyə qoşulmasını planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti