...

Azərbaycanın mobil operatoru tarif siyasətini dəyişir

Telekommunikasiya Materials 1 Aprel 2015 11:59 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru - “Azercell Telecom” MMC fakturalı xətt sistemindəki tarif planları çərçivəsində zənglərə yeni hesablama intervalı tətbiq edəcək.
Azərbaycanın mobil operatoru tarif siyasətini dəyişir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru - "Azercell Telecom" MMC fakturalı xətt sistemindəki tarif planları çərçivəsində zənglərə yeni hesablama intervalı tətbiq edəcək.

Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il mayın 1-dən etibarən, "Hədsiz", "Bizimkilər", "Hər yerə" və "Biznes200" tarif paketlərində zənglər 15 saniyəlik intervalla hesablanılacaq. Hazırda sözügedən tarif paketlərində zənglərə saniyəlik interval tətbiq olunur.

Yeni hesablama intervalı beynəlxalq zənglərə də şamil olunacaq.

Bundan əvvəl "Azercell Telecom" xəbər vermişdi ki, aprelin 30-dan etibarən "Simsim" fakturasız xəttinin "Gəncsim", "Bizimkilər", "Hər yerə", "Bölgə", "Tələbə birliyi" və "Gənc ol" tarif paketləri üzrə zənglərin hesablama intervalı 20 saniyədən 30 saniyəyə qədər artırılacaq.

Bundan başqa, 30 saniyəlik interval beynəlxalq zənglərə də şamil olunacaq.

"Azercell" MMC 1996-cı ildə təsis olunub. Ölkənin mobil rabitə bazarının 51 faizini tutan şirkətin şəbəkəsi əhalinin 99,8 faizini əhatə edir. Şirkət abunəçilərinin sayı 4,5 milyona qədər hesablanır.

Twitter: @h_veliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti