...

"Nar" yeni "Gigabyte+" internet paketini təqdim edir

Telekommunikasiya Materials 20 Oktyabr 2015 15:52 (UTC +04:00)
Mobil operatorun bu təklifi sayəsində istənilən vaxt, istənilən yerdən yüksəksürətli internetə qoşulmaq mümkündür.
"Nar" yeni "Gigabyte+" internet paketini təqdim edir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"Nar" yeni "Gigabyte+" internet paketini təqdim etdi. Öncədən ödənişli "Nar" data-nömrəsi, 1 GB gündüz və 1 GB gecə internet trafikinin daxil olduğu bu paket sayəsində abunəçilər yüksəksürətli internetdən sərfəli qiymətə istifadə edə biləcəklər.

Qiyməti cəmi 5 AZN təşkil edən paket çərçivəsində təqdim olunan trafik 30 gün müddətində aktivdir.

İnternet trafikin balansını yoxlamaq üçün *777#22#YES şifrəsini yığmaq kifayətdir. "Gigabyte+" internet paketi ilə təqdim olunan trafik bitdikdən sonra, istənilən "Turbo" və ya "Limitsiz" paketini sifariş edərək yüksəksürətli internetə sərfəli qiymətlərlə qoşulmaq mümkündür.

"Gigabyte+" internet paketini bütün "Nar" mağazalarından əldə etmək olar.

Yeni paket haqqında daha ətraflı: www.nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti