Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Keyfiyyətli rabitə və yüksək səviyyəli müştəri xidmətləri təqdim edən "Azercell Telekom" MMC-ni seçən abunəçilərinin sayı artmaqdadır. Belə ki, son 1il ərzində Mobil Nömrə Daşınmasında müsbət tendensiya müşahidə olunub və nömrələrini Azercell-ə daşıyan abunəçilərin sayı Azercell-dən digər operatorlara daşıyanlardan daha çox olub.
Ümumilikdə isə ötən ilin sentyabr ayının sonundan indiyə qədər Azercell abunəçilərinin sayı 10 min nəfər artıb.
Hal-hazırda 4,5 mln-dan artıq abunəçi ilə Azercell Azərbaycan mobil rabitə bazarının lider şirkətidir. Xatırladaq ki, 2014-cü ilin fevralın 1-dən etibarən Mobil Nömrə Daşınma xidmətinə start verən Azercell bü gün Bakı və regionlarda özünün 200-dən artıq xidmət mərkəzi vasitəsilə Azercell şəbəkəsinə qoşulmaq imkanı yaradır.
Onu da qey edək ki, ilin əvvəlindən etibarən Azercell-in mobil internet xidmətindən istifadədə 39% artım qeydə alınıb. Azercell-in sürətli mobil interneti də olduqca əverişlidir. Son rüb ərzində Azercell-in internet paketlərində 55% endirimin tətbiq olunması, mobil internet trafikinin 39%, gəlirin isə 3.3% artmasına gətirib çıxarıb. Hazırda şirkətin hər ikinci abunəçisi fəal mobil internet istifadəçisidir.
Çevikliyi və yenilikçiliyi əsas tutaraq, "Azercell" abunəçilərə keyfiyyətli və sərfəli məhsullar, ən müasir xidmətlər təklif edir və hamını "Azercell" müştəri təcrübəsindən faydalanmağa dəvət edir.
Daha ətraflı məlumat üçün: [email protected]