...

“Ailəm” paketi mobil rabitə bazarında böyük marağa səbəb olub

Telekommunikasiya Materials 29 Oktyabr 2015 13:09 (UTC +04:00)
Pulsuz danışıq fürsətini təqdim edən bu paketə mövcud “Nar” abunəçiləri ilə yanaşı, digər mobil operatorların istifadəçiləri də qoşula bilərlər.
“Ailəm” paketi mobil rabitə bazarında böyük marağa səbəb olub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Pulsuz danışıq fürsətini təqdim edən bu paketə mövcud "Nar" abunəçiləri ilə yanaşı, digər mobil operatorların istifadəçiləri də qoşula bilərlər.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Ailəm" paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur. Paketdən yararlanmaqla, abunəçilər öz ailələri, dostları və yaxınları ilə 31 dekabr 2015-ci il tarixədək pulsuz ünsiyyət imkanı əldə edirlər. "Ailəm" paketinə daxil olan 4 nömrənin hər birinə 1 AZN ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

"Ailəm" paketinin üstünlüklərindən nəinki bütün "Nar" istifadəçiləri, hətta digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar, sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə "Nar" operatoruna keçirməlidirlər.

"Ailəm" paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə "Unikal" tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır. 31 dekabr 2015-ci il tarixindən sonra isə "Ailəm" paketinin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.

Beləliklə, "Nar" tərəfindən istifadəçilərə təqdim edilən yeni "Ailəm" paketi böyük uğura imza atdı və kampaniya sayəsində minlərlə Azərbaycan ailəsi öz aralarında pulsuz danışıq imkanından yararlana bildi. "Ailəm" paketi barədə daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən əldə etmək olar: www.nar.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti