...

B2b.az portalının istifadəçilərinin sayı 63 minə yaxındır

Telekommunikasiya Materials 4 Fevral 2016 17:11 (UTC +04:00)
Azərbaycanın ilk elektron ticarət portalının - www.b2b.az xidmətlərindən 2015-ci ildə 18 250 istifadəçi yararlanıb.
B2b.az portalının istifadəçilərinin sayı 63 minə yaxındır

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycanın ilk elektron ticarət portalının - www.b2b.az xidmətlərindən 2015-ci ildə 18 250 istifadəçi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə isə istifadəyə verildiyi 2008-ci ildən indiyədək portal 63 minə yaxın istifadəçiyə xidmət göstərib.

www.b2b.az portalının xidmətlərindən istifadə edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, BƏƏ, İtaliya və s. ölkələrdən olan istifadəçilər də var.

Qeyd edək ki portalının yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaqla onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir. Portal "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Portaldan istifadə pulsuzdur. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar yerləşdirilir. Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti