...

"Turkcell" Azərbaycanda payını artırmağa hazırdır

Telekommunikasiya Materials 9 Fevral 2016 18:52 (UTC +04:00)
Türkiyənin “Turkcell” mobil operatoru “Fintur Holding”də “TeliaSonera”nın səhmlərinin alışına başlamağı planlaşdırır.
"Turkcell" Azərbaycanda payını artırmağa hazırdır

Bakı. Azad Həsənli - Trend:

Türkiyənin "Turkcell" mobil operatoru "Fintur Holding"də "TeliaSonera"nın səhmlərinin alışına başlamağı planlaşdırır. Bu barədə Trend "Bloomberg"ə istinadən məlumat verir.

"Turkcell"in rəhbəri Kaan Terzioğlu bildirib ki, "Turkcell İletişim Hizmetleri A.Ş" holdinqin səhmlərinin 58,55 faizinin əldə edilməsinə görə ərizə verib.

Hazırda şirkət "Fintur"un səhmlərinin 41,45 faizinə sahibdir. "Fintur"un Azərbaycan ("Azercell), Qazaxıstan, Gürcüstan və Moldovada biznesi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti