...

Nazir müavini: Azərbaycan cəbhəyanı zonada alternativ kanallar yaradır

Telekommunikasiya Materials 14 Aprel 2016 13:50 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində telekommunikasiya xidmətlərinin alternativliyini təmin edəcək.
Nazir müavini: Azərbaycan cəbhəyanı zonada alternativ kanallar yaradır

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində telekommunikasiya xidmətlərinin alternativliyini təmin edəcək.

Bunu Trend-ə Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində baş vermiş son hadisələr nəticəsində yaşayış obyektlərinə və rabitə obyektlərinə böyük ziyan vurulub: "Elektrik kabellərinin qırılmasından başqa, telekommunikasiya kabelləri də zərər görüb. Naizrin əmri ilə bu problemlərin aradan qaldırılması üzrə məşğul olacaq operativ qərargah yaradıldı. Qısa müddət ərzində onların işini bərpa etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti