...

Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir (FOTO)

Telekommunikasiya Materials 2 May 2016 18:17 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə CERN təcrübəsinin toplantısı keçirilir.
Bakıda Avropa Nüvə Tədqiqatları Mərkəzinin toplantısı keçirilir (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə CERN təcrübəsinin toplantısı keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 5 gün davam edəcək NA61/SHINE və NA49 təcrübələrinin kollaborasiya toplantısında CERN üzvləri, o cümlədən Azərbaycan, Amerika, Rusiya, Almaniya, Fransa, İsveçrə, Polşa və digər Avropa ölkələrinin alimləri iştirak edirlər.

Beynəlxalq konfrans CERN-də fəaliyyət göstərən "NA61/SHİNE" təcrübəsinə eləcə də "NA49" təcrübəsində toplanmış məlumatların analizinə həsr edilib.

Konfransın gedişatında aparılan təcrübələr haqda geniş məlumat veriləcək, son elmi nəticələr müzakirə ediləcək.

Bu istiqamətdə aparılan müzakirələrdən sonra gələcək elmi nəticələrin nəşr olunması ilə bağlı qərarlar qəbul ediləcək.

Konfransın ilk günündə iştirakçılara Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri, perspektiv planları haqda ətraflı məlumat verilib.

Qeyd edilib ki, Milli Nüvə Tədqiqatları Mərkəzinin yeni yaranmasına baxmayaraq, bu sahədə əvvəlki illərdə kifayət qədər təcrübə qazanmış Azərbaycan hazırda CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti