...

Azərbaycan və Rusiya arasında rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq müzakirə edilib

Telekommunikasiya Materials 24 May 2016 17:14 (UTC +04:00)
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.
Azərbaycan və Rusiya arasında rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Regional Rabitə Birliyinin növbəti iclasları çərçivəsində Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsi ətrafında, eləcə də iki ölkə arasında informasiya texnologiyaları, poçt rabitəsi və informasiya təhlükəsizliyi sahəsində müzakirələr aparıblar.

Bu görüşün Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin, informasiya-kommunikasiya texnologiyaları sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcəyi bildirilib.

N.Nikiforov bildirib ki, 2016-cı ilin yanvarından R.Quluzadənin nazir vəzifəsinə təyin olunması ilə iki nazirlik arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

R.Quluzadə sahə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti