...

"Mastercard" və "Hesab.az" portalı yeni kampaniyaya start verib

Telekommunikasiya Materials 25 Noyabr 2016 19:18 (UTC +04:00)
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və Azərbaycanın ən iri ödəniş portalı sayılan "Hesab.az" yeni kampaniyaya başlayıb.
"Mastercard" və "Hesab.az" portalı yeni kampaniyaya start verib

Bakı. Trend:

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və Azərbaycanın ən iri ödəniş portalı sayılan "Hesab.az" yeni kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində “Mastercard” və ya “Maestro” kart sahiblərinə “Hesab.az” portalı vasitəsilə “Azercell” və “Bakcell” balansını ən azı 5 AZN və daha çox məbləğdə artırmaq və şəbəkədaxili pulsuz 10 danışıq dəqiqəsi əldə etmək təklif olunur. “Mastercard” və “Maestro” kart istifadəçiləri “Hesab.az” portalının “Mobil” bölməsinə daxil olub, ödəniş vasitəsi kimi “Mastercard” və ya ”Maestro” seçib, “Azercell” və “Bakcell” balansını 5 AZN və ya daha yüksək məbləğdə artımalıdırlar.

“Mastercard” şirkətinin Azərbaycandakı rəhbəri Alper Meriç bildirib: “Nağdsız Azərbaycan yolunda elektron ticarətin artım templəri istənilən digər kanalı qabaqlayır. “Mastercard” şirkəti müştəriləri daim təhlükəsiz, sadə və etibarlı onlayn ödəniş sistemi ilə təmin etmək üçün çalışır. Ölkənin aparıcı onlayn ödəniş platforması olan “Hesab.az” portalı ilə əməkdaşlıqdan və yeni kampaniyanı təqdim etməkdən məmnunuq. Bu kampaniya “Mastercard”ın Azərbaycan bazarında mövcud kart sahiblərinə olan uzunmüddətli öhdəçiliyin bir hissəsidir”.

Kampaniya cari ilin dekabrın 21-dək bütün “Mastercard” kredit və debet və ya “Maestro” debet kart istifadəçiləri üçün keçərlidir.

Ətraflı: http://www.mastercard.com/tr/consumer/azerbaijancampaignhesabaz.html

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti