Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanın "BrailleX" IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün "ağıllı saat" hazırlayır.
Bu barədə Trend-ə şirkətin rəhbəri Sayad İbrahimov deyib.
Onun sözlərinə görə, "Braille Watch" saatının prototipi fevralın sonunda təqdim olunacaq, payızda isə bu qurğu kütləvi istehsal üçün tam hazır olacaq.
S.İbarhimov deyib: ""Braille Watch" çoxfunksiyalıdır və əlverilşli qiymətlərlə təqdim olunacaq. Qurğuya inteqrə olunan funksiyalar görmə məhdudiyyəti olan şəxslərə həyat tərzini dəyişməyə imkan verəcək. Bu saatdan istifadə etməklə onlar vaxtı öyrənə, SMS-ləri oxuya və cavab yaza bilərlər. Bundan başqa, "ağıllı saat"ın yolda maneənin olub-olmaması barədə məlumat vermək funksiyası da olacaq".