...

"Azercell"dən Limitsiz internetlə iPhone X əldə et

Telekommunikasiya Materials 25 Noyabr 2017 17:54 (UTC +04:00)
iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır.
"Azercell"dən Limitsiz internetlə iPhone X əldə et

Bakı. Trend:

iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib olub, 30GB həcmində Hədsiz internet paketi əldə edəcəklər. 24-30 noyabr tarixləri ərzində sifarişlərini öncədən edən müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlanacaq.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər sifarişi 24-30 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsində (www.azercell.com) yerləşdirməli, 1-8 dekabr tarixləri arasında isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.

Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti