...

"Atabank"dan innovativ addım (FOTO)

Telekommunikasiya Materials 9 Mart 2018 12:09 (UTC +04:00)
Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən "Atabank" hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədi ilə bütün müştərilərinə yeni Ata Wi-Fi xidmətini təklif edir.
"Atabank"dan innovativ addım (FOTO)

Bakı. Trend:

Müasir dövrdə qabaqcıl iş adamı bütün əlaqələrini internet üzərindən qurmaq məcburiyyətindədir. Hər zaman işini onlayn idarə edə bilmək, daim yazışmalar aparmaq və hər şeydən xəbərdar olaraq vaxtında qərarlar qəbul edə bilmək müasir biznesin əsas şərtlərindən biridir.

Trend-in məlumatına görə, müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən "Atabank" hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədi ilə bütün müştərilərinə yeni Ata Wi-Fi xidmətini təklif edir.

Artıq "Atabank"ın Bakı şəhərində yerləşən istənilən filialında müştərilər sürətli internetdən istifadə etmək imkanı əldə edə biləcəklər. Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında Ata Wi-Fi seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, telefon nömrənizi qeyd etmək və nəhayət nömrənizə sms vasitəsi ilə göndərilən PİN kodu müvafiq bölümə daxil etmək lazımdır.

1993-cü ildən fəaliyyət göstərən "Atabank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank, Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti