...

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir

Telekommunikasiya Materials 13 Aprel 2018 11:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hal-hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir.

İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsində gənc paralimpiyaçılar indi cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arabasında rəqs, parataekvando, pauerliftinq və atletika kimi idman növləri ilə məşğul ola bilirlər.

Gələcək paralimpiyaçı idmançıları yetişdirməklə yanaşı, komitə uşaqlara təhsil və müalicə sahəsində də köməklik göstərməkdədir. Belə ki, dayaq-hərəkət sistemi pozulmuş bir neçə uşaq inklüziv təhsil almaq üçün orta məktəbə göndərilib.

Beynəlxalq turnirlərdə çoxsaylı qələbələrə imza atan paralimpiaçılarımız IV Uşaq Paralimpiya İdman Oyunlarına da hazırlaşırlar. Komitə IV Uşaq Paralimpiya İdman Oyunlarını 2018-ci ilin noyabr-dekabr aylarında keçirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd - ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti