...

"Azercell"in Barama Mərkəzindən “Mayak” layihəsinə dəstək (FOTO)

Telekommunikasiya Materials 21 Dekabr 2018 18:58 (UTC +04:00)

Bakı. Trend:

“İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən startapa öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir.

“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, ölkəmizdə biznes sahəsində yeniliklərə təkan verməyə, rəqəmsal dünya və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrdə iştirak edən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir startapa dəstək olur. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən “Mayak” layihəsinin öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir. Mərkəzdə startap komandasına xüsusi yer ayıran Barama rəhbərliyi layihə yaradıcılarını İnkubasiya proqramına da dəvət edərək, mərkəz tərəfindən təşkil olunan bütün tədbir və təlimlərdə iştirakını təmin edib. Dekabrın 21-də Azercell şirkətinin əməkdaşları, “YT Park”ın nümayəndəsi “Mayak” layihəsinin yaradıcıları ilə görüşüblər, Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Barama Mərkəzinin rəhbəri İ. Bağırov, “İdeyadan Biznesə” layihəsində, eləcə də “Bakutel” sərgisində uğurlu iştirakına görə komandanı təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Məlumat üçün bildirək ki, “Mayak” layihəsinin məğzi gəncləri təhsil sferasındakı yeniliklər barədə məlumatlandırmaq, eləcə də qrantlar, təqaüd, təcrübə və könüllülük proqramları, layihələr, təlimlər, konfranslar, tədris kursları haqqında informasiyaları portal vasitəsi ilə topluma çatdırmaqdır.

Qeyd edək ki, əsas məqsədi startapçıların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etmək olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. İlk biznes inkubatoru olan Baramada 9 il ərzində 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti