Bakıda valideynlərin 85 faizi övladlarına internet şəbəkəsində nəzarət edir (FOTO)

Bakıda valideynlərin 85 faizi övladlarına internet şəbəkəsində nəzarət edir (FOTO)

Bakı. Trend:

“Kaspersky” şirkətinin sifarişi ilə Bakı şəhərində həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.

Bu barədə “Kaspersky” şirkətinin mütəxəssisləri Azərbaycan Resublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi - 2019” çərçivəsində baş tutmuş “Kaspersky Security Day” tədbirindən öncə keçirilmiş Mətbuat Konfransında məlumat veriblər.

Mətbuat Konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun və “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədovun salamlama nitqi ilə açıq elan edilib.

Mətbuat Konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.

“Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir.

Araşdırmanın nəticələrinə əsasən valideynlərin 55%-i sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatlarından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verirlər.

“Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır, çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir.

Bir tərəfdən, paytaxtda yaşayan valideynlər bu potensial risklərdən xəbərdardırlar, buna görə də böyük əksəriyyəti (81%) bu cür postların yalnız dostları tərəfindən görülməsinə icazə verirlər. Lakin maraqlıdır ki, sorğuda iştirak etmiş valideynlərin 62%-i sosial şəbəkələrdə real həyatda tanış olmadıqları insanları dost siyahısına əlavə etdiklərini də etiraf edirlər. Araşdırma nəticələri sosial mediada #ShareSafely həştəqi il təqdim olunur.

"Valideynlərin narahatlığı anlaşılan və əsaslıdır, çünki övladlarımızı hər cür təhlükədən qorumaq istəyirik, internetdə isə təhlükə həqiqətən kifayət qədərdir. Ancaq valideynlər yalnız nəzarət etməli deyil, həm də övladlarına nümunə olmalıdırlar. Şəbəkədə təhlükəsizlik qaydalarına riayət, fərdi məlumatların mühafizəsinə və onların paylaşılmasına nəzarət, həmçinin, sosial şəbəkələrdə dost siyahısına yalnız şəxsən tanıdığınız insanları əlavə etmək vacibdir. Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır", - bunu “Kaspersky Lab” şirkətinin internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Konstantin İqnatyev qeyd edib.

Araşdırma nəticəsində Bakı şəhərində valideynlərin övladlarının internetdə ən çox təhlükəli və ya onlara uyğun olmayan məzmunu görə biləcəklərindən narahat olduqları məlum olub. Bu kateqoriyalara alkoqollu içki və narkotik istifadəsi (respondentlərin 71%-i), zorakılıq (respondentlərin 65%-i) və ya pornoqrafiya (59%-i) aiddir. Lakin “Kaspersky” şirkətinin daxili statistikasına görə, uşaqlar belə saytlara demək olar ki, daxil olmurlar.

Belə ki, 2019-cu ilin üç rübü ərzində paytaxtda yaşayan azyaşlıların yalnız 2%-i böyüklər üçün nəzərdə tutulmuş, 0,7%-i zorakılıq, 0,6%-i alkoqollu içki, tütün və narkotik vasitələrdən bəhs edən veb-saytlara daxil olublar. Uşaqların böyük əksəriyyətinin internetdə maraqlarına qısa videolar, serial və film izləmək, musiqi dinləmək və sosial şəbəkələrdə ünsiyyət qurmaq daxildir. “Kaspersky”nin məlumatına görə, bu ilin üç rübü ərzində uşaqların 45%-i multimediya məzmunlu saytlardan, 28%-i isə sosial şəbəkələr və mesencerlərdən istifadə ediblər.

Valideynlərə sadalanan problemlərin anlaşılmasında, həmçinin, uşaqların zərərli məzmundan və digər internet təhlükələrindən qorunmasında “Kaspersky Safe Kids” həlli ilə yardım etmək olar. “Kaspersky”nin bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və məhdudlaşdırır, zərərli məzmunu filtrdən keçirir və potensial təhlükəli kənar şəxslərlə onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın davranışından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin real vaxt rejimində onun yerini də öyrənə bilər.

Bakı şəhərində valideynlərin azyaşlıların kibertəhlükəsizlik vəziyyətinə münasibətini “Kaspersky”nin sifarişi ilə “Era” şirkəti 2019-cu ilin oktyabr ayında araşdırıb. Aparılan sorğuda 0-18 yaş arasında övladı olan 300 valideyn iştirak edib.

Məlumatlar anonim statistika əsasında “Kaspersky” şirkətinin “Valideyn nəzarəti” modulundan istifadə etməklə və “Kaspersky Safe Kids” məhsulunun köməyi ilə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində toplanılıb.

İranda daha 212 nәfәr koronavirusdan ölüb
İranda daha 212 nәfәr koronavirusdan ölüb
Türkiyədə zəlzələ baş verib
Türkiyədə zəlzələ baş verib
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO)
Rayonlara yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
“Torino”nun baş məşqçisi istefa verib
TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər
Anar Əliyev: İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban sovqatları paylanılıb (FOTO)
Yardımlıda "VAZ" yanıb
DSMF-nin gəlir və xərclərinin azalma səbəbi açıqlanıb (FOTO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub
PAŞA Sığorta KASKO sığortası üzrə yeni endirim kampaniyasına start verir
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
İranda daha 212 nәfәr koronavirusdan ölüb
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Masazırda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Türkiyədə zəlzələ baş verib
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar (FOTO)
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 35 dərəcəyə qədər isti olacaq
Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
Yumşalma prosesi tədricən olmalı, sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır - Deputat
AQTA ictimai iaşə müəssisələrinə müraciət etdi
Bolqarıstanda erməni əslli faşist Qaregin Njdeyə film çəkilib və heykəl ucaldılır (VİDEO)
Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır
Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)
Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb
Azyaşlı azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib
Fransa mətbuatında Elçin Əmirbəyovla Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş müsahibə dərc edilib
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub (ƏLAVƏ OLUNUB)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb
Azərbaycan nefti bahalaşır
Kürdəmirdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib (FOTO)
Rusiyada koronavirusa yoluxanların sayı 860 min nəfəri keçib
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir (FOTO)
Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir
Meksikanın nüfuzlu mətbuat orqanı Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edib
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib
Bir neçə rayona leysan yağıb, çaylardan sel keçib
Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək
Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb
Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib
Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir
Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı
Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb
Göyçayda mal-qara oğruları saxlanılıb
Qazax sakini ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib öldürdü
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
Azərbaycanda qızıl və gümüş bahalaşıb
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri
Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur (FOTO)
Ermənistan-Azərbaycan hərbi münaqişəsinin alovlanması ermənilərin faşist xislətini bir daha göstərdi - Deputat
Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib
Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib
Qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)
Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verildi (FOTO)
Avqustun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub
Xüsusi karantin elan edilən rayonlarda reydlər keçirilib (FOTO)
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
100 ildən artıq Azərbaycanın tarixi alətlərini hazırlayan Yaqubovlar (VİDEO) (FOTO)
"İsaias" qasırğası Şimali Karolina sahillərinə çatıb
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub
İspaniyaya turist axını 70 faizdən çox azalıb
Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı
İngiltərədə rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq
Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub
Tramp ABŞ-da coronavirusun gerilədiyini elan edib
Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 257 mindən çox artıb
İtaliyada yeni avtomobil körpüsünün açılışı olub
Samur-Abşeron kanalından meyit çıxarılıb
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 217 min nəfəri ötüb
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
Məktəblilər su ehtiyatları ilə bağlı maarifləndirilir- bu dəfə onlayn qaydada
Masallı və Cəlilabadda maska taxmayanlar cərimələnib (FOTO)
Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub (FOTO)
İsveç Azərbaycanlılarının Koordinasiya Şurası təkzib yayıb
Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib (FOTO/VİDEO)
Çimərliklərdən istifadə ilə bağlı videotəlimat hazırlanıb
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər (FOTO) (ƏLAVƏ OLUNUB)
Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Şəmkirdə top mərmisi tapılıb (FOTO)
Mingəçevirdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
İqtisadiyyat Nazirliyi: 7629 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər
Bütün xəbərlər