...

Azercell-in Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edəcək (FOTO)

Telekommunikasiya Materials 8 Oktyabr 2020 14:00 (UTC +04:00)
Azercell-in Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları  müalicə edəcək (FOTO)

Bakı. Trend:

Fəaliyyət dövrü ərzində daima sosial yönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan “Azercell Telekom” MMC, 8 oktyabr “Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirir. Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edir.

Müayinələr bu gün saat 9:00-dan 14:00-dək Masazır qəsəbəsi, N.Tusi küçəsi, 6 ünvanında Azercell-in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş “Mobil Göz Klinikası” və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilir. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilir. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılır. Qeyd edək ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan müvafiq kateqoriyaya aid olmalarını təsdiq edən sənədi göstərmək xahiş edilir. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təstiq edilmiş bütün tələblərə də riayət edilir.

“Azercell Telekom” MMC torpaqlarımızın keşiyində cəsurca duran hər bir hərbçimizə, onların ailələrinə dərin təşəkkürünü bildirir! 2010-cu ildən fəaliyyətə başlayan Azercell-in Mobil Diş və 2011–dən çalışan Mobil Göz klinikaları bu günə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.

Xatırladaq ki, bu gün dünyada 2.2 milyardan çox insan görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir ki, onlardan 1 milyardı məhz ilkin səhiyyə xidmətlərindən yararlanmadıqları üçün bu problemlə üzləşib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti