Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
2021-ci ilin fevralında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 52,07 faiz təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,03 faiz azdır.
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 1,42 faiz artaraq 35,17 faiz təşkil edib.
"Apple" şirkətinin "iOS" əməliyyat sisteminin payı 0,42 faiz artaraq 8,62 faizə bərabər olub.
Digər əməliyyat sistemləri sırasında "macOS X" (Apple, 2,35 faiz), "Linux" (0,38 faiz) və digər əməliyyat sistemləri (1,26 faiz) yer alıb.