Bakı. Trend:
"İnstagram" sosial şəbəkələrinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilib.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Britaniya, Kanada və Niderlandda qeydə alınıb.
Şikayətlər əsasən saytın işi, istifadəçilərin hesablarına girişi və lentə baxışla bağlıdır.