...

Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi

Telekommunikasiya Materials 5 Oktyabr 2021 04:05 (UTC +04:00)
Zukerberq "Facebook" istifadəçilərindən üzr istədi

Bakı. Trend:

"Facebook" şirkətinin sahibi Mark Zukerberq ötən gün kütləvi sosial şəbəkələrdə müşahidə edilən kütləvi problemlərlə əlaqədar istifadəçilərdən şəxsən üzr istəyib.

Trend-in məlumaıtna görə, bu barədə M.Zukerberq özünün "Facebook" səhifəsində yazıb.

Şirkətin sahibi bildirib: "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm".

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi "Facebook", "İnstagram" sosial şəbəkələri və "WhatsApp" mesencerinin fəaliyyətinin bərpa olunduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti