...

Apple 20 nüvəli yeni prosessor təqdim etdi

Telekommunikasiya Materials 8 Mart 2022 23:11 (UTC +04:00)

Bakı. Trend:

"Apple" Mac kompüterləri üçün yeni ən güclü prosessorunu təqdim edib..

Trend-in məlumatına görə, yeni M1 Ultra prosessoru saniyədə 2,5 terabit ötürmə qabiliyyətinə malik iki "M1 Max" çipi üzərində əsaslanır. Cihaz 20 nüvəyə malikdir - 16 yüksək performanslı və 4 yüksək effektivli.

"Apple" nümayəndələrinin sözlərinə görə, yeni prosessor videoların montajı və 3D render kimi mürəkkəb yaradıcı proqramlar üçün uyğundur. M1 Ultra həmçinin "Apple"ın ilk ARM prosessoru olan M1-dən təxminən səkkiz dəfə sürətlidir. Şirkətdən bildirilib ki, M1 Ultra əsasında ilk kompüter Mac Studio olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti