Bakı. Trend:
Kibertəhlükəsizliyin təmin edilməsi ASAN Xidmətin prioritet istiqamətlərindən biridir.
Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Kibertəhlükəsizliyi Assosiasiyasının təqdimatında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Azərbaycan vətəndaşları elektron xidmətlərdən geniş istifadə edirlər.
"Kibertəhlükəsizlik ASAN Xidmətin prioritet istiqamətlərindən biridir. Bölmələrimizdə hər gün böyük həcmdə məlumat emal olunur və sistemlərimizin kibertəhlükələrə qarşı dayanıqlığının təmin edilməsi üçün müvafiq işlər görülür", - Mehdiyev bildirib.