...

Azərbaycanda 1 milyondan çox ev təsərrüfatı genişzolaqlı internetlə təmin olunub

Telekommunikasiya Materials 16 May 2023 19:08 (UTC +04:00)
Azərbaycanda 1 milyondan çox ev təsərrüfatı genişzolaqlı internetlə təmin olunub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 1 milyondan çox, yaxud 39 faiz ev təsərrüfatı genişzolaqlı internetlə təmin olunub.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu "Aztelekom" MMC-nin baş direktoru Elçin Niyazov "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

"Onlayn Azərbaycan” layihəsinin məqsədi 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s sürətində olan genişzolaqlı interneti hər kəs üçün əlçatan etməkdir. Layihə başlayana qədər genişzolaqlı internetlə əhatə olunma göstəricisi 10 faizdən az idi", - o deyib.

E.Niyazov internetlə əhatə olunan ev təsərrüfatlarının sayının hər ay artdığını bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti