...

Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransı keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Telekommunikasiya Materials 19 Sentyabr 2024 13:08 (UTC +04:00)
Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransı keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və "PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev tərəfindən press-konfransın keçirilməsi nəzərdə tutulub.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, dünyada başverən hadisələr göstərir ki, kibertəhlükəsizliyin həllinə daha çox diqqət yetirməyə məhkumuq.

O bildirib ki, son bir həftə ərzində dünyada baş verən hadisələr göstərir ki, bu məsələlərin həllinə daha çox diqqət yetirməliyik.

“Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik mövzusu dövrümüzün ən aktual mövzularındandır və bu məsələlərə diqqət yetirməyi zəruri edir. Dünyada "yaşıl" iqtisadiyyat və kibertəhlükəsizlik getdikcə daha çox önə çəkilir. Bu iki sahə ilk baxışda fərqli görünsə də, əslində, birbiri ilə sıx bağlıdır. Hər ikisinin inkişafı üçün balanslaşdırılması çox vacibdir”.

S.Ələkbərov bildirib ki, "yaşıl" iqtisadiyyat ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi ilə iqtisadi inkişafı birləşdirən bir konsepsiyadır.

“Əsas məqsəd karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı, tullantıların azaldılmasına nail olmaqdır. "Yaşıl iqtisadiyyat"ın yaradılması ilə iş yerlərinin yaradılması, ekoloji standartların tətbiqi, yeni texnologiyalara investisiyaların artırılması daha çox aktuallaşır”, - deyə nazir müavini qeyd edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaxın vaxtlarda bütün dövlət qurumlarında kiberhücumların simulyasiyasına başlayacaq.

"Artıq neçə ildir ölkəmizdə kibergigiyena layihəsini həyata keçiririk. Burada iki əsas istiqamət mövcuddur. Bunlardan biri informasiya təhlükəsizliyi təqviminin hazırlanması və onun əsasında müəyyən seminarların təşkilidir.

Digər istiqamət isə kibergigiyena pilot layihəsinin həyata keçirilməsi idi. Kibergigiyena pilot layihəsi artıq yeni bir mərhələyə keçib. Söhbət praktik öyrənmədən reaktiv öyrənmə metoduna keçiddən gedir.

Belə ki, biz yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyası ilə onların reaksiyasını ölçməyi planlaşdırırıq. Bu metodla onların öyrənmə bacarıqlarını və reaksiya qabiliyyətlərini artırmağı hədəfləyirik", - deyə T.Məmmədov qeyd edib.

Konfrans işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti