...

"Azərkosmos” 11 ayda ixracdan 16 milyon dollardan çox gəlir əldə edib

Telekommunikasiya Materials 30 Dekabr 2025 10:09 (UTC +04:00)
"Azərkosmos” 11 ayda ixracdan 16 milyon dollardan çox gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Baki. Trend:

Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti