...

AZƏRBAYCAN RABİTƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQ TƏŞKİLATININ NÖVBƏTİ İCLASINDA İŞTİRAK EDƏCƏK

Telekommunikasiya Materials 5 Sentyabr 2005 14:04 (UTC +04:00)

Azərbaycan Rabitə Sahəsində Regional Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak edəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, tədbir sentyabrın 5-dən 10-na kimi Daşkənddə keçiriləcək.

İclasda Azərbaycan nümayəndə heyətini Nazirliyin poçt şöbəsinin müdiri Novruz Məmmədov və Azərpoçt DM-in İnformasiya Texnologiyaları şöbəsinin mühəndisi İsmayıl İbrahimov təmsil edəcək. Onlar tədbir iştirakçılarına Azərbaycanda poçt sahəsində əldə olunmuş son nailiyyətlər, o cümlədən, Dünya bankının ölkənin poçt xidmətlərinin inkişafına yönəldilmiş üç illik layihəsi barədə məlumat verəcəklər.

Nazirlikdə, həmçinin onu da bildiriblər ki, tədbir çərçivəsində RRƏT-yə üzv ölkələrin poçt komissiyalarının XX və RRƏT Poçt Operatorları Şurasının X iclası keçiriləcək.

Bundan başqa, iclaslar çərçivəsində poçt sahəsində yeni informasiya texnologiyalarının tətbiqi mövzusuna həsr olunmuş beynəlxalq seminarın keçirilməsi planlaşdırılır. Bu seminarda MDB ölkələri poçt idarələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti