...

RABİTƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQ TƏŞKİLATI KOMİSSİYALARININ İCLASI ÖZ İŞİNİ BAŞA ÇATDIRIR

Telekommunikasiya Materials 10 Sentyabr 2005 12:33 (UTC +04:00)

Sentyabrın 10-da Bakıda Rabitə Sahəsində Regional Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rabitə idarələrinin nümayəndələrinin iştirak etdiyi peyk rabitə, Televiziya və Radioyayım komissiyalarının birgə iclası öz işini başa çatdırır. Rabitə və İnformasiya Texnologiyaları Hazirliyinin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Gürcüstan, Moldova və digər ölkələrin mütəxəssisləri iştirak

edirlər.

İclasda hazırlıq planında nəzərdə tutulmuş işlərin reallaşdırılması ilə bağlı məsələlər, MDB ölkələrində planlaşdırılmış rəqəmli yayımın həyata keçirilməsi üzrə əlaqələndirmə qrupunun 4-cü iclasının yekunları, o cümlədən, gələcək əməkdaşlıq məsələləri müzakirəyə çıxarılıb. Bu sahədə, həmçinin, təcürəbə mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanı Telekommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev və radio tezliklər üzrə Dövlət İdarəsinin baş mühəndisi Hizaməddin Cəlilov təmsil edib.

Qeyd etmək lazımdır ki, tədbir Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) tərəfindən 2006-cı ildə radio rabitəsi üzrə regional konfransa və 2007-ci ildə radio rabitəsi üzrə ümumdünya konfransına hazırlıq çərçivəsində təşkil olunub.

Xəbər lenti

Xəbər lenti