...

Azərbaycan FIM Bank-ın müraciətini qəbul etməyib

Telekommunikasiya Materials 25 Mart 2006 14:00 (UTC +04:00)

Azərbaycan məhkəmə istintaqı çərçivəsində cavab sənədlərinin hazırlanması üçün əlavə vaxtın ayrılması ilə bağlı FIM Bank-ın (First International Merchant Bank) müraciətini qəbul etməyib. Rabitə və informasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, bankın müvafiq müraciəti nazirliyə bu günlərdə daxil olub.

"Əli Abbasovun iştirakı ilə dövlət strukturunda aparılmış müzakirələr zamanı məhkəmə iclasının vaxtının dəfələrlə dəyişdirilməsi ilə əlaqədar bankın müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul olunub", - deyə nazirlikdən vurğulyıblar.

FIM Bank-ın Rotterdam məhkəməsinə analoji müraciət ünvanlayacağı gözlənilir.

"Məhkəmənin qərarı martın 29-da qəbul oluna bilər", - deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, First International Merchant Bank Rabitə nazirliyi və Poçtbank SKB-nin zəmanəti ilə nazirliyin mövcud olmayan Aztell müəssisəsinə $ 3 035000, Baktell-ə isə $1 560000 məbləğində ayrılmış kreditin ödənilməməsi ilə bağlı Azərbaycan hökumətinə qarşı iddia qaldırıb.

FIM Bank-ın iddiası Paris məhkəməsinə verilib. Məhkəmənini qərarına əsasən, Nazirliyin 500 min səhminə ($3,5 mln.) və onların Eutelsat S.A. şirkətinə qoyulmuş dividendlərinə həbs qoyulmaqla bankın iddiası təmin olunub.

Paris məhkəməsinin qərarı Rotterdam dairə məhkəməsinin son qərarından asılı olacaq. Son qərarın çıxarılması zamanı məhkəmə hər iki tərəfdən əlavə mənbələrin - şahidlərin cəlb olunmasını tələb edə bilər.

Xəbər lenti

Xəbər lenti