...

Azərbaycan Beynəlxalq Elmi Parklar Assosiasiyasının assosiativ üzvü olub

Telekommunikasiya Materials 27 May 2006 12:37 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Elmi Parklar Assosiasiyasının (IASP) assosiativ üzvü olub. Nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin elmi potensial sektorunun rəisi Rüfət Gülməmmədovun Trend ə verdiyi məlumata görə, Assosiasiya bu qərarı apreldə Azərbaycan tərəfinin müraciəti əsasında qəbul edib.

"Bununla Azərbaycan Assosiasiyanın yardımı, informasiya və bu təşkilata üzv olan ölkələrlə təcrübə mübadiləsi və s. kimi bir sıra imtiyazlar qazanacaq", - deyə o qeyd edib.

IASP 1984-cü ildə yaradılıb. 66 ölkə (Argentina, Braziliya, Belçika, Fransa, Portuqaliya, Rumıniya, Rusiya, Lüksemburq, Sinqapur, Böyük Britaniya, Avstriya və s.) bu təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti