...

Azərbaycan əməkdaşlığın inkişaf perspektivlərini Microsoft korporasiyası ilə müzakirə edib

Telekommunikasiya Materials 20 İyul 2006 18:31 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Microsoft korporasiyasının rəhbərliyi ilə görüş keçirib. Trend in xəbər verdiyi kimi, bu barədə Microsoft-un məlumatında qeyd olunub. Iaşinqton ştatının Redmond şəhərində yerləşən korporasiyanın mınzil-qərargahında baş tutan görüşdə Microsoft şirkətini strategiya və araşdırmalar üzrə direktor Kreyq Mandi, Microsoft məhsullarının təhlükəsizliyi məsələləri üzrə vitse-prezident Skott Çarni, korporasiyanın MDB ölkələrində baş direktoru Sergiuş Iiza və "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Iladimir Çaykovski təmsil edib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları inkişafının qlobal tendensiyalarını, cəmiyyətin yüksək texnologiyalar əsasında inkişafının sürətləndirilməsinə dair dövlətin strategiyasını, Microsoft korporasiyasının məhsullarının qorunması və bu məhsullardan istifadənin təhlükəsizliyinin hökumət səviyyəsində təmin edilməsini, eləcə də Microsoft korporasiyasının Azərbaycan Respublikası hökumətilə birgə layihələr reallaşdırması imkanlarını müzakirə edib.

Görüş iştirakçıları elektron hökümət sistemlərinin yaradılması üçün Microsoft platformasından istifadə, həmçinin qlobal hesablama mərkəzlərinin, iri məlumat bazalarının formalaşdırılması və sair bu kimi istiqamətlər üzrə məsləhətləşmələrin və birgə fəaliyyətin bundan sonra da davam etidirilməsinə dair qarşılıqlı razılıq əldə ediblər. Bundan başqa, ölkəmizin rəsm i qurumlarının kömpüter parkının leqallaşdırılmasında və "Milli kompüter" proqramının həyata keçirilməsində Microsoft korporasiyası ilə Azərbaycan hökümətinin qarşılıqlı əlaqəsinin əsas perspektivləri qeyd olunub.

Görüş zamanı nazir həm də Microsoft korporasiyasının sərgi laboratoriyasında olub və onun fərdi kompüter istifadəçilərinin məhsuldarlığının artırılmasına ("Gələcəyin ofisi") və məsafədən əməkdaşlıq sisteminin səmərəli şəkildə dəstəklənməsinə ("Live- texnologiya") yönəlmiş ən yeni texnologiyaları ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti