...

Azərcell Telecom Bakıda yeni Müştəri Xidmətləri mərkəzini istifadəyə verib

Telekommunikasiya Materials 1 Avqust 2006 17:53 (UTC +04:00)

Bu gün mobil rabitə operatoru Azərcell Telecom BM abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün Bakıda yeni Müştəri xidmətləri mərkəzini istismara verib. Trend in xəbər verdiyi kimi, açılış mərasimində şirkət başçısı Halim Atəş, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Türkiyənin Bakıdakı səfiri Turan Moralı və b. iştirak ediblər.

B.Bağırova küç, 2 ünvanında yerləşən, müasir avadanlıqlarla təchiz edilmiş 20 ədəd xidməti kassa, 2 ədəd bank kassası və korporativ abonentler üçün 3 kassa, 36 nəfərlik gözləmə yeri nəzərdə tutulub.

Yeni Müştəri xidmətləri mərkəzi sayca üçüncüdür. Hazırda bu mərkəzlərdən hər biri gündə orta hesabla 800 -ə qədər müştəriyə xidmət göstərir, kampaniyalar keçirilən zaman isə mərkəzə müraciət edənlərin sayı 1000 nəfərə çatır.

Müştəri Xidmətləri mərkəzləri ilə yanaşı, "Azercell Telekom" abunəçiləri üçün Bakıda 5, respublikanın müxtəlif bölgələrində isə 6 "Azercell Ekspress" ofisi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti