...

Azərbaycan QİƏT-in informasiya texnologiyaları üzrə toplantısında iştirak edir

Telekommunikasiya Materials 16 Oktyabr 2006 17:36 (UTC +04:00)

Azərbaycan Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının (QİƏT) üzv-ölkələrində informasiya texnologiyaları və telekommunikasiyaya görə məsuliyyət daşıyan Nazirlərin görüşündə iştirak edir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, tədbir bu gün Moskvada başlayıb və sabah öz işini tamamlayacaq. Görüşdə nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov iştirak edir.

Rusiyanın Rabitə Nazirliyinin məlumatına əsasən, bu ölkə QİƏ-nin informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun koordinatorudur və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir.

Nazirlərin toplantısında informasiya cəmiyyəti məsələləri və QİƏ üzv-ölkələrində əməkdaşlıq perspektivləri üzrə yüksək səviyyədə Ümumdünya görüşünün nəticələrinə görə diskussiya keçiriləcək.

Xəbər lenti

Xəbər lenti