...

"Azərcell" yeni rouminq sazişləri imzalayıb

Telekommunikasiya Materials 30 Oktyabr 2006 18:51 (UTC +04:00)

Trend xəbər verir ki, "Azərcell Telekom" BM rouminq tərəfdaşlarının sayını artırmaqda davam edərək 10 operatorla yeni rouminq müqaviləsi bağlayıb.

Müqavilələrdən biri Trinidad və Tobaqonun "Digicel (Trinidad) Limited" operatoru ilə imzalanıb. Qeyd edək ki, bu "Azərcell"in adıçəkilən ölkə ilə üçüncü rouminq müqaviləsidir.

"Azərcell" tərəfindən digər bir müqavilə Kurakaonun "Digicel (Curacao)" operatoru ilə bağlanılıb.

Üstəlik, şirkət Avstriyanın altıncı mobil rabitə operatoru ilə - "T Mobile" şirkəti ilə beynəlxalq rouminq müqaviləsi bağlayıb.

"Azərcell"in müqavilə bağladığı digər operatorlar isə Hindistanın "Bharti Airtel" operatorudur. Bu, "Azərcell Telekom"un Hindistanla beşinci rouminq sazişidir.

Bu günə qədər "Azərcell Telekom" BM 134 ölkənin mobil rabitə operatorları ilə 296 rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti